Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatına kəskin ETİRAZ

Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatına kəskin     ETİRAZ

Ali hakimiyyət orqanlarının rəhbərləri bunu dövlət çevrilişinə cəhd çağırışı kimi dəyərləndirib

 

Türkiyədə təqaüddə olan bir qrup hərbçinin hədələyici siyasi bəyanatı ölkənin ali hakimiyyət orqanlarının rəhbərləri tərəfindən dövlət çevrilişinə cəhd çağırışı kimi dəyərləndirilib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, ilk etiraz Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopdan gəlib. Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən parlamentin rəhbəri belə əsasız, hüquqa zidd bəyanatların yolverilməzliyini bildirərək vurğulayıb ki, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.

 

Türkiyənin Vitse-prezidenti Fuat Oktay, ədliyyə naziri Abdulhamit Gül, daxili işlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər. Ali hakimiyyət orqanlarının rəhbərləri əminliklə ifadə ediblər ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləməkdə davam edir.

Müəllif: Ayna.az      4 Aprel 2021 14:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin