Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp yenidən seçki saxtakarlığı barədə: “Hər kəs görəcək ki...”

Tramp yenidən seçki saxtakarlığı barədə: “Hər kəs görəcək ki...”

“Haqlı olduğumu sübut edən materialları yayımlayacam”

 

ABŞ-ın sabiq Prezidenti Donald Tramp katoliklərin Pasxa bayramı ərəfəsində tərəfdarlarını təbrik edib.  AYNA xarici mediaya istinadən bildirir ki, Tramp təbrik çıxışını seçki saxtakarlığına həsr edib.

 

"Təəssüf ki, 2020-ci il prezident seçkilərində geniş miqyaslı qanun pozuntuları baş verdi. Bir çox insan bunu başa düşür", - deyə sabiq Ağ Ev rəhbəri əlavə edib.

 

Trump eyni zamanda, ABŞ mətbuatını saxtakarlıq iddialarının əsassız adlandırıldığına görə tənqid edib: “Haqlı olduğumu sübut edən materialları yayımlayacam. Hər kəs görəcək ki, saxtakarlıqla bağlı dediklərim əsassız deyil”.

Müəllif: Ayna.az      4 Aprel 2021 13:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin