Əsas səhifə Haqqımızda Xəbər lenti

Zelenski ilə Co Bayden arasında görüş olacaq

Zelenski ilə Co Bayden arasında görüş olacaq

“Dövlət başçılarının görüşü təkcə onların siyasi iradəsindən və cədvəllərindən deyil, həm də koronavirusla bağlı vəziyyətdən asılıdır”

 

Ukraynalı diplomatlar və Prezidentin ofisi, Prezident Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş hazırlıqlarına başlayıblar. AYNA "İnterfaks"a istinadən bildirir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib.

 

Onun sözlərinə görə, Ukrayna rəsmilərinin ABŞ-a səfəri və ABŞ rəsmilərinin Ukraynaya səfəri üçün dəvətlər hazırlanır. Markarova əlavə edib ki, dövlət başçılarının görüşü təkcə onların siyasi iradəsindən və cədvəllərindən deyil, həm də koronavirusla bağlı vəziyyətdən asılıdır.

 

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ lideri Co Baydenin Ukraynaya səfər etmək üçün fürsət gözlədiyini söyləmişdi.

 

Qeyd edək ki, aprelin 2-də Zelenski ilə Bayden arasında bir saata yaxın telefon söhbəti olub. Bayden Zelenskiyə bildirib ki, Ukraynada və ətrafında baş verənlər barədə tam məlumata malikdir. 

Müəllif: Ayna.az      4 Aprel 2021 12:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin