Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qalatasaray” darmadağınla uduzub

“Qalatasaray” darmadağınla uduzub

"Sarı-qırmızılar" səfərdə "Hatayspor"a böyük hesabla uduzub

 

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib. AYNA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

 

Turun açılış matçında turnir cədvəlinin son sıralarında yer alan “Kayserispor” doğma meydanda “Göztəpə”ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Rizəspor” – “Fatih Karagümrük” və “Sivasspor” – “Trabzonspor” oyunlarında ümumiyyətlə qapılara qol vurulmayıb.

 

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” bu turda çətin “Hatayspor” səfərinə yollanıb. İstanbul nəhəngi bu görüşdə darmadağına üzülüb.

 

Türkiyə Super Liqası
32-ci tur
3 aprel

Kayserispor – Göztəpə 1:1
Qol: İ.Parlak, 26 – Yahoviç, 48.

Rizəspor – Fatih Karagümrük 0:0

Sivasspor – Trabzonspor 0:0

Hatayspor – Qalatasaray 3:0
Qol: Diuf, 21; 72. Ribeyro, 29.

Müəllif: Ayna.az      4 Aprel 2021 01:28
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin