Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis daha bir toyu dayandırıb, iştirakçılar cərimələnib - FOTOLAR

Polis daha bir toyu dayandırıb, iştirakçılar cərimələnib -         FOTOLAR

Mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb

 

Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, beş nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Müəllif: Ayna.az      3 Aprel 2021 19:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin