Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb

 

Dünyada son bir gündə koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb. AYNA-ya xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 659 917 hal qeydə alınıb, COVID-19-dan 11 626 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 129 215 179, ölüm hallarının sayı 2 820 098 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 159 557 nəfər virusa yoluxub. Daha sonra Braziliya (12 748 747), Hindistan (12 303 131), Fransa (4 620 357), Rusiya (4 563 056), Böyük Britaniya (4 350 270), İtaliya (3 607 083), Türkiyə (3 357 988), İspaniya (3 274 150), Almaniya (2 855 061), Kolumbiya (2 406 377) və Argentina (2 387 511) gəlir.

Müəllif: Ayna.az      3 Aprel 2021 09:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin