Əsas səhifə Haqqımızda Xəbər lenti

Baydenlə Zelenskinin ilk telefon danışığı olub

Baydenlə Zelenskinin ilk telefon danışığı olub

Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib

 

ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.

 

AYNA “Röyters”ə istinadən xəbər verir ki, telefon danışığı haqda məlumat Ağ Ev tərəfindən yayılıb.

 

Bildirilir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Bundan başqa, Ağ Ev rəhbəri Zelenskinin korrupsiyaya qarşı mübarizə planını və demokratik dəyərlərə əsaslanan islahatların həyata keçirilməsini də dəstəkləyib.

 

Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.

Müəllif: Ayna.az      3 Aprel 2021 01:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin