Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinə peyvəndin yan təsirləri olub?

Putinə peyvəndin yan təsirləri olub?

Dmitri Peskov: “Heç bir mənfi simptom yoxdur”

 

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənd edildikdən sonra heç bir yan təsir hiss etməyib. AYNA “RIA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkə başçısının sözçüsü Dmitri Peskov deyib.

 

“Heç bir mənfi simptom yoxdur”, - deyə Peskov vurğulayıb.

 

Qeyd edək ki, Putin martın 23-də koronavirusa qarşı vaksinasiyadan keçib. Prosedurdan dərhal sonra Kreml Rusiya liderinin sağlamlığı barədə məlumat yayıb və Prezidentin səhhətinin qaydasında olduğunu açıqlayıb. Bununla yanaşı, Kremldən Rusiya liderinə vurulan peyvəndin adını açıqlamayıb. COVID-19-a qarşı Rusiya istehsalı olan hər üç peyvəndinin effektiv olduğu bildirilib.

 

Xatırladaq ki, hazırda Rusiya Federasiyasında üç peyvənd qeydiyyata alınıb. İnsan adenovirusuna əsaslanan iki komponentdən ibarət ilk "Sputnik V"dən sonra daha iki yerli peyvənd, “EpiVacCorona” və “KoviVak” qeydiyyata alınıb.

Müəllif: Ayna.az      2 Aprel 2021 16:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin