Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazirdən Vaqifin Şuşadakı məqbərəsi barədə açıqlama

Nazirdən Vaqifin Şuşadakı məqbərəsi barədə açıqlama

“Məqbərənin bərpası yay aylarında başa çatacaq”

 

Zəfər Muzeyi möhtəşəm kompleks muzey olacaq. AYNA bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

 

Nazir bildirib ki, muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq: “Bu, dünyada unikal bir yer olacaq”.

 

A. Kərimov Ağdamda açıq səma altında işğal muzeyinin inşasının nəzərdə tutulduğunu və prosesə beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib: “Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntılarının miqyasını və erməni vəhşiliklərini, xislətini görə bilsinlər”.

 

“Bu il Şuşada Xarı Bülbül festivalının da keçirilməsi nəzərdə tutulub. Prezidentin sərəncamı ilə Şuşada Vaqifin məqbərəsinin də bərpa işlərinə başlanılıb və yay aylarında bu proses başa çatacaq”, - deyə nazir əlavə edib.

Müəllif: Ayna.az      31 Mart 2021 16:38
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin