Əsas səhifə Haqqımızda Xəbər lenti

Qobustanda kişi arvadının öldürüb

Qobustanda kişi arvadının öldürüb

Daha sonra özünə bıçaq xəsarətləri yetirib

 

Qobustan rayonu Nərimankənd kəndində dəhşətli qətl hadisəsi baş verib.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə dünən saat 18:00 radələrində Qobustan rayon Nərimankənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsulova Büllurə Ələkbər qızının başını kəsib.

 

O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      29 Mart 2021 00:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin