Əsas səhifə Haqqımızda Xəbər lenti

Lənkəranda oğul anasını bıçaqlayıb

Lənkəranda oğul anasını bıçaqlayıb

73 yaşlı yaralı qadın xəstəxanaya çatdırılıb

 

Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb. AYNA xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb.

 

Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb.

 

Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      28 Mart 2021 20:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin