Əsas səhifə Haqqımızda Xəbər lenti

Zaqatalada qəza: bir nəfər ölüb

Zaqatalada qəza: bir nəfər ölüb

Minik avtomobili beton maneəyə çırpılıb

 

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi “Nissan” markalı 90 DA 629 dövlət nömrə nişanlı dövlət nömrə nişanlı minik avtomobili il hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını beton maneəyə çırpıb.

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C.İsmayılov hadisə yerində ölüb.

 

Avtomobildə sıxılmış vəziyyətdə qalan C.İsmayılovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az      28 Mart 2021 13:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin