Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda gənc qızı avtomobil vurub

Bakıda gənc qızı avtomobil vurub

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

“İnşaatçılar” metrostansiyasının yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Güləliyeva Fəridə Azər qızını avtomobil vurub.

 

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      28 Mart 2021 04:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin