Əsas səhifə Haqqımızda Xəbər lenti

Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazanıb

Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazanıb

Bolqarıstan qızıl, Yaponiya isə bürünc medala sahib olub

 

Azərbaycanın qrup hərəkətləri üzrə komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastikanın üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

 

AYNA-nın məlumatına görə, bu nailiyyətə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət kollektiv imza atıb. Onlar beş topla hərəkətlərdə 37,450 bal, üç halqa və iki gürzlə hərəkətlərdə 33,500 bal, ümumilikdə isə 70,950 xal toplayıblar.

 

Bolqarıstan qızıl, Yaponiya isə bürünc medala sahib olub.

 

Qeyd edək ki, Azərbaycan komandası martın 28-də ayrı-ayrı finallarda mübarizə aparacaq.

Müəllif: Ayna.az      28 Mart 2021 01:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin