Əsas səhifə Haqqımızda Xəbər lenti

Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Obyektin sahibi və 5 nəfər müştəri cərimələnib

 

Tovuz rayonunda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

 

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 5 nəfər müştəri Şəhər Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Müəllif: Ayna.az      27 Mart 2021 16:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin