Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib - VİDEO

Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib -       VİDEO

Qrup 25 nəfər təcrübəli mütəxəssisdən ibarətdir

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud olan qarşılıqlı xoşməramlı münasibətlər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də ölkəmizə gəlib.

 

AYNA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.

 

Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.

Müəllif: Ayna.az      25 Mart 2021 16:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin