Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanın Vətən müharibəsi Müqəddəs Taxt-Tacın rəsmi orqanında

Azərbaycanın Vətən müharibəsi Müqəddəs Taxt-Tacın rəsmi orqanında

İtaliyalı politoloqun “Zerkalo”-ya müsahibəsi italyan dilində yayımlanıb

 

“Zerkalo” qəzetinin italiyalı politoloq, "Qordi düyünü" Beynəlxalq Siyasətin Araşdırılması Mərkəzinin rəhbəri Danielle Laççeridən aldığı müsahibə, Müqəddəs Taxt-Tacın rəsmi orqanında dərc edilib.

 

Müsahibədə Laççeri Azərbaycanın 44 günlük müharibədə qələbəsini qiymətləndirərək, nəticədə beynəlxalq hüququn da öz yerini tutduğunu deyib. Politoloq müharibə zamanı texnoloji üstünlüklərdən danışaraq, bu amilin qələbədə önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, buna baxmayaraq, əsas rolu Vətən uğrunda ürəklə vuruşanlar, yəni əsas rolu insan faktoru oynayıb.

 

Ermənistanın məğlubiyyətində beynəlxalq vəziyyətin də rolundan danışan Laççeri, hazırda Ermənistan əhalisinin ənənəvi müttəfiqləri - İran və Rusiya tərəfindən kənarda saxlanıldığını hesab etdiklərini söyləyib. O, müharibədə İsrail və Türkiyə faktorundan söz açıb.

Müəllif: Ayna.az      25 Mart 2021 14:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin