Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb

Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar

 

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aparılan tədbirlərlə  paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

 

Bakı şəhər sakinləri 36 yaşlı A.Ağayevə və 27 yaşlı H.Səmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Müəllif: Ayna.az      24 Mart 2021 16:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin