Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var

 

Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə  yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8 dərəcə isti,  gündüz  11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti,  gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

 

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Müəllif: Ayna.az      24 Mart 2021 12:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin