Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha 8 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Daha 8 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236 min 948 ton təşkil edir

 

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində martın 24-dən daha 8 pomidor istehsalı müəssisəsindən ("AGRICOLA" MMC, "ŞƏMS BOTANİKA" MMC, "AQROSTORM" MMC, "BƏHRƏ-2010" MMC, "YAŞIL RANÇO" MMC, "SOUTH TRADING" MMC, "EKO-GRUP 2018" MMC və Əliyev Məhərrəm Heydər oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

 

Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 82 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

 

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236948 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 131.6 %-ni təşkil edir.

Müəllif: Ayna.az      23 Mart 2021 22:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin