Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda çaylardakı vəziyyət açıqlanıb

Azərbaycanda çaylardakı vəziyyət açıqlanıb

Bəzi çaylarda sululuq azalıb, bəzilərində isə artıb

 

Martın 23-də Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar və Gəncəçay-Zurnabad məntəqələrində 2, Kürəkçay-Çaykənd məntəqəsində 1 santimetr azalma müşahidə olunub. Həmçinin Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi 4, Təngərüdçay-Vaqoda 2 santimetr azalıb, Lənkərançay-Sifidor məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, mart ayının 3-cü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 74, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında normanın 39-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 50-42 faizini təşkil edir.

 

Martın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 193 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir.

 

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi 48 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 43 faizini təşkil edir.

 

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2 santimetr azalaraq 133, Bankə məntəqəsində 8 santimetr azalaraq 113, Surra məntəqəsində 3 santimetr azalaraq 332, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 75 santimetr olub.

Müəllif: Ayna.az      23 Mart 2021 18:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin