Əsas səhifə Haqqımızda Xəbər lenti

“Sağ qalmaq üçün səbəblər” – Oxuculara pulsuz kitab paylanır

“Sağ qalmaq üçün səbəblər” – Oxuculara pulsuz kitab paylanır

“LIBRAFF” mağazalar şəbəkəsi və ˝TEAS Press” Nəşriyyat evi aksiya keçirir

 

“LIBRAFF” mağazalar şəbəkəsi və ˝TEAS Press Nəşriyyat evi˝ ˝Hədiyyə kitab˝ aksiyası keçirir. Şəbəkədən AYNA-ya bildirilib ki, aksiya çərçivəsində ˝Sağ qalmaq üçün səbəblər˝ kitabı bütün oxuculara pulsuz  paylanılır.

 

Qeyd edilib ki, aksiyanı keçirməkdə məqsəd son günlər artan intihar hallarının qarşısını almağa kömək etmək və intiharın çıxış yolu olmadığını, yaşamaq üçün hər zaman səbəblər olduğunu diqqətə çatdırmaqdır.

 

Kitabın müəllifi Mett Heyq 24 yaşında olarkən onun həyatı alt-üst olub. Yaşamaq üçün heç bir xilas yolu tapa bilmirmiş. Bu kitab onun böhranın öhdəsindən necə gəlməsi, onu yıxan xəstəliyi necə yenib yaşamağı təzədən öyrənməsi ilə bağlı real həyat hekayəsidir.

 

Hədiyyə kitabı ˝LIBRAFF˝ın Bakıda yerləşən ˝Park Akademiya˝ (Elmlər m/s), ˝İstiqlaliyyət˝ (İçərişəhər) və ˝28 May – ASAN Kommunal˝ filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Bölgələrdə yaşayan oxucular isə qeydiyyat formunu doldurmaqla kitabı poçtla əldə edə bilərlər. 

 

Daha ətraflı məlumat üçün ˝LIBRAFF˝ mağazalar şəbəkəsinə müraciət edə, suallarınızı sosial media hesablarına ünvanlaya bilərsiniz.

Müəllif: Ayna.az      16 Mart 2021 14:37
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin