Əsas səhifə Haqqımızda Xəbər lenti

Papanın tarixi səfəri, yeni missionerlik və ya modern səlib yürüşü

Papanın tarixi səfəri, yeni missionerlik və ya modern səlib yürüşü

Faiq Ələkbərli: “Azərbaycan və Türkiyə daha diqqətli olmalıdır”

 

Elşad Miri: “Roma papalarının səfərləri xaç yürüşlərinin müasir formasıdır”

 

Dünya katoliklərinin rəhbəri və Vatikan dövlətinin başçısı Papa Fransisk (Franciscus Jorge Mario Bergoglio) martın 5-də İraqa tarixi səfərini həyata keçirib. O, Bağdad şəhərinin hava limanında bu ölkənin rəsmiləri tərəfindən qarşılanıb. Rəsmi qarşılama mərasimində İraq Prezidenti Bərhəm Saleh, Baş nazir Mustafa Kazimi, İraq Parlamentinin Sədri Məhəmməd əl-Həlbusi və Həşduş-Şəəbinin xristian bölməsinin komandiri iştirak edib.

 

6 mart tarixində isə Papa İraqın Nəcəf şəhərində Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani ilə görüşüb. Mətbuata qapalı keçirilən görüşdə, Sistaninin ofisindən verilən məlumata görə, “Fələstin xalqının İsrail xalqından çəkdiyi zülmlər və insanlığın qarşı-qarşıya olduğu problemlər" müzakirə edilib.

 

Görüşə yanaşmalar da fərqli olub. Belə ki, görüşü “böyük təhlükə”, “tarixin gözlənilməz hadisəsi” adlandıranlar da az deyil. Bəs, məlum səfər, keçirilən görüşlər bölgəmizə nə vəd edir? Bu tarixi hadisə sivilizasiyalar və ölkələr arasındakı münasibətlərə necə təsir edəcək? AYNA suallara cavab axtarıb.

Faiq Ələkbərli başqan müavini təyin edildi - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli hesab edir ki, Roma Papasının səfəri ilə bağlı zahirən görünənlər, xüsüsən də Sistani ilə görüş təsadüfi deyil: “Burada İraqda olan şiəçilik problemləri də var. Tarixən də bilirik ki, Romada həmişə, xüsusilə də İslam dinindən sonrakı orta çağda sünni-şiə məsələsi hansı səviyyəyə çıxmışdı. Ümumiyyətlə, Roma katalikosluğu həmişə katoliklərdən istifadə etməyə çalışıb. Ona görə də, indiki zamanda bu görüşü birmənalı dəyərləndirmək olmaz”.

 

“Biz bilirik ki, İraq və İranda da bu məsələlərlə bağlı ciddi problemlər var. Sistani də sıradan bir insan deyil. Sistani ilə görüşlərdə bizim bilmədiyimiz və ümumiyyətlə, Türk-İslam dünyası üçün çox da xeyirli olmayacaq məsələlərin müzakirəsi ola bilər”, - həmsöhbətimiz bildirib.

 

Ələkbərli qeyd edib ki, bütün hallarda bu məsələlərdə, xüsusilə də Türkiyə və Azərbaycan daha diqqətli olmalıdır: “Çünki bölgədə həmişə dediyimiz kimi, orta çağda Romanın oynadığı mənfi rolu bilirik. Papanın vaxtı ilə Səfəvilər və Osmanlılar arasında yaratdığı problemlər də məlumdur. Ümid edirik ki, bu məsələlər hər halda bizlərin, xüsusilə də Türkiyə və Azərbaycanın əleyhinə çevrilməz. Ümumiyyətlə, bölgədə yaşayan xalqları da bu məsələdə diqqətli olmağa çağırırıq. Gələcəkdə bununla bağlı müəyyən problemlərin olması, daha da gərginləşməsi istisna deyil”.

Elşad Miri: “Qurbanlar xüsusi yerlərdə kəsilməlidir”

İlahiyyatçı Elşad Miri isə düşünür ki, belə bir təhlükəli vəziyyətdə, pandemiyanın olduğu mərhələdə, həmçinin İraqın özündə təhlükəsizlik məsələlərin tam bərpa edilmədiyi bir məqamda Roma Papasını ora getməyə məcbur edən, yaxud da o yaşda olan insanı ora aparan məsələnin mahiyyəti tam məlum deyil: “İlk növbədə bilirsiniz ki, İraqdakı məsələ heç də ilk dəfə gündəmə gəlmir. İlk dəfə ora Corc Buşun hakimiyyəti dövründə amerikalılar hücum edərkən bunu nüvə başqlıqlarının olması ilə əsaslandırdılar. İraq hələ də stabil həyat tərzinə keçməyib. Buna baxmayaraq, Səddam Hüseyn həmin dövrdə məzhəb qarşıdurmasının qarşısını ala bilirdi. Lakin faktiki olaraq Amerikanın ora girməsindən sonra oranın nefti alınır. Bu günə qədər də xalqın malı olan neft kənar qüvvələr tərəfindən götürülür”.

 

“Amma orada bugünkü prosesin davam etməsi kənardakı insanlara maraqlıdır. Həmin yerlərin məkanı keçmiş Mesopatomiya adlandırılan yerdir. Mesopatomiya həmişə mədəniyyətin beşiyi hesab olunub. Assurlar, Şumerlər orada yaşayıb”, - ekspert deyib.

 

İlahiyyatçının fikrincə, ona görə də, hazırkı dövrdə məzhəb qarşıdurması gedərkən bir çox insanların dinə yanaşması fərqliləşir: “Bu timsalda Roma Papasının ora getməsi, həm ora indiyə qədər edilənlərə qarşı bir növ haqlılıq payı verməsi, bir növ ordakı insanların nifrətlə baxışının qarşısının alınması və orada xristianlığın yayılmasına ciddi mənada təkan verməkdir. Bilirsiz ki, Azərbaycana vaxtilə Papa II İohann Pavel gələnədək, ölkəmizdə qeydiyyatda olan katolik xristianlarının sayı 400 nəfər idisə, bu gün artıq minlərlərdir”.

 

“Roma papalarının getdikləri yerlər səlib yürüşlərinin modern tərzidir. Yəni əvvəllər onlar dava ilə, savaşla gedirdilərsə, bu gün artıq Roma papalarının vasitəsi ilə, insanlarda xüsusi imic yaradaraq həmin şəkildə ölkələrə daxil olurlar. Çünki bu gün dünyada ən güclü missionerlik fəaliyyəti xristianlar arasında katolik xristianlarının üzərinə düşür. Katolik xristianlarına da Roma Papası başçılıq edir”, - deyə Miri vurğulayıb.

Müəllif:      10 Mart 2021 15:44
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin