Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyalı hərbçilər Ermənistan-Azərbaycan sərhədində görünüblər

Rusiyalı hərbçilər Ermənistan-Azərbaycan sərhədində görünüblər

Hərbçilər Qazax rayonu ilə sərhədə baş çəkiblər

 

Rusiyanın bir qrup hərbçisi Ermənistanın Azərbaycanla sərhədinə gəliblər. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd İcevan şəhərində olublar. Hərbçilərin görüntüləri sosial mediada yayılıb.

 

Qeyd edilib ki, Rusiya hərbçiləri yerli bazara baş çəkiblər, Ermənistan ordusunun İcevandakı alayında olublar.

 

Erməni mediasının ehtimalına görə, rusiyalı hərbçilər ərazidə Azərbaycanla demarkasiya işlərinə cəlb olunublar. Bəzi mənbələr isə bildirir ki, ərazidə Rusiyanın daimi əsasda yeni hərbi hissəsinin yaradılması üçün fəaliyyət aparılır.

Müəllif: Ayna.az      8 Mart 2021 19:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin