Əsas səhifə Haqqımızda Xəbər lenti

Milli Məclisin Sədri qadınları təbrik edib

Milli Məclisin Sədri qadınları təbrik edib

Sahibə Qafarova: “Zərifliyin, gözəlliyin nişanəsisiniz”

 

Milli Məclis Sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. AYNA xəbər verir ki, bu barədə S.Qafarova social media hesabında yazıb.

 

“Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz. Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban veriblər. Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”, - deyə spiker qeyd edib.

Müəllif: Ayna.az      8 Mart 2021 14:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin