Əsas səhifə Haqqımızda Xəbər lenti

Səudiyyə Ərəbistanının neft təsislərinə hücum edilib

Səudiyyə Ərəbistanının neft təsislərinə hücum edilib

12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi bildirilir

 

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.

 

AYNA xarici mediaya istinadən bildirir ki, nazirlik Yəməndəki Husi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını açıqlayıb.

 

Səudiyyənin Müdafiə Nazirliyi isə dünən 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.

 

Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırır. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar verib.

 

Müəllif: Ayna.az      8 Mart 2021 14:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin