Əsas səhifə Haqqımızda Xəbər lenti

Mançester derbisini "Mançester Yunayted" qazanıb

Mançester derbisini "Mançester Yunayted" qazanıb

"Mançester Siti" rəqibinə 2 qolla məğlub olub

 

Bu gün İngiltərə Premyer Liqasının növbəti turunun mərkəzi görüşü keçirilib. AYNA xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər.

 

Qarşılaşma “Mançester Yunayted” klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Bu qələbədən sonra "Mançester Yunayted" xal ehtiyatını 54-ə çatdıraraq yarış cədvəlində ikinci pillədə, “Mançester Siti” isə 65 xalla birinci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az      7 Mart 2021 23:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin