Əsas səhifə Haqqımızda Xəbər lenti

Xəzərdə dalğanın hündürlüyü 5 metrə yaxınlaşıb

Xəzərdə dalğanın hündürlüyü 5 metrə yaxınlaşıb

Milli Hidrometeorologiya Xidməti faktki hava şəraitini açıqlayıb

 

Milli Hidrometeorologiya Xidməti faktki hava şəraitini açıqlayıb. Xidmətdən AYNA-ya verilən məlumata görə, martın 7-si  saat 13:00-a verdiyi məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

 

Küləyin maksimal sürəti  Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt,  Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Müəllif: Ayna.az      7 Mart 2021 14:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin