Əsas səhifə Haqqımızda Xəbər lenti

İcazə verən də eyni orqandır, nəzarət edən də - ONA GÖRƏ QIRILIRIQ

İcazə verən də eyni orqandır, nəzarət edən də -         ONA GÖRƏ QIRILIRIQ

Eyyub Hüseynov: “Heç yerdə görünməyib ki, sertifikat verilməsi ilə nəzarət funksiyaları eyni orqana məxsus olsun”

 

Son günlər ölkənin müxtəlif bölgələrində kütləvi zəhərlənmə faktları aşkarlanıb. Xüsusilə, Şəki və İsmayıllıda təşkil olunmuş toy mərasimlərində meydana çıxan kütləvi zəhərlənmə faktları təhlükəli həddə çatıb. Hər iki fakt üzrə cinayət işi açılıb.

 

Baş verənlərlə bağlı AYNA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, burada ilk növbədə müvafiq qurumlar günahkardır: “Məsələn, əvvəllər Səhiyyə Nazirliyi hər zaman bu cür halların üstünü ört-basdır edib. Halbuki, bu nazirlik bütün digər orqanlara sertifikat verən və əhalinin sağlamlığının keşiyində duran bir müəssisədir. Zəhərlənmə halı baş verən məhsulu sənayə üsulu ilə istehsal edən zavod, bunun üçün Səhiyyə Nazirliyinin verdiyi sertifikatı göstərər ki, özləri istehsala razılıq veriblər”.

Müəllif: Ülviyyə Şahin      2 Sentyabr 2019 14:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
21 Yanvar
15:38
Tehranın Zərif gedişi: “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir”
21 Yanvar
13:27
Ermənilər heyrətləndirməyə davam edir: İŞİD-in qənimi əsgərimizdən qorxdu – VİDEO
21 Yanvar
10:20
Rus - həmin rus deyil, çıxıb gedəcək? – AXI NİYƏ?!
20 Yanvar
23:27
Kəsilmiş barmaqlar və cəhənnəmdə 20 illik əzab: Qanunda dəyişiklik şərtdir
20 Yanvar
22:15
Məktəblər açılsın, ya yox – Odla su arasında
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin