Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-ın kosmik aparatı Marsda ilk dəfə hərəkətə başlayıb

ABŞ-ın kosmik aparatı Marsda ilk dəfə hərəkətə başlayıb

Anais Zarfian: "Biz daha uzun məsafələr qət gedəcəyik, bu, yalnız başlanğıcdır"

 

Marsda həyat izlərini axtarmaq üçün NASA tərəfindən göndərilən “Perseverance” qırmızı planetdə 33 dəqiqə ərzində 6,5 metr məsafə qət edərək ilk sınaq hərəkətini uğurla həyata keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, kəşfiyyat aparatı 4 metr məsafə qət etdikdən sonra 150 dərəcəlik bir dönüş edərək 2,5 metr daha irəliləyib. Bu haqda “NASA's Perseverance Mars Rover” "Twitter" hesabından paylaşım edilərək "Marsda ilk sınaq hərəkətimi həyata keçirdim. Təkərlərimin izlərini görürsünüz. Hələ ediləcək daha çox şey var”, - deyə yazılıb. 
 
İlk sınaq hərəkəti haqqında danışan NASA mühəndislərindən Anais Zarifian, "Bu ilk cəhdimiz oldu. İlk cəhdimizə baxmayaraq, test hərəkəti inanılmaz dərəcədə yaxşı keçdi. Həqiqətən bu, komandamız üçün çox böyük bir mərhələdir. Biz daha uzun məsafələr qət gedəcəyik, bu, yalnız başlanğıcdır. Bütün səylərimizi yaxşılaşdırmaq üçün çalışacağıq” - deyib. 
 
Qeyd edək ki, 2020-ci iyulun 30-da ildə yola çıxan əzmkar kəşfiyyat aparatı 18 fevral 2021-ci ildə qırmızı planetə enmişdi.
Fotoları təqdim edirik
Müəllif: Ayna.az      7 Mart 2021 02:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin