Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Yoluxmanın 48 faizdən çoxu Avropanın payına düşür

 

Dünyada son sutka ərzində 425 675 nəfər koronavirusa yoluxub, 9 561 nəfər ölüb. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 115 289 961 yoluxma hadisəsi, 2 564 560 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (178 102) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 607) ilə Cənub-Şərqi Asiya (35 508) bölüşür.

Müəllif: Ayna.az      6 Mart 2021 08:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin