Əsas səhifə Haqqımızda Xəbər lenti

İctimai nəqliyyat üç gün işləməyəcək

İctimai nəqliyyat üç gün işləməyəcək

8 Martda da ictimai nəqliyyat işləməyəcək

 

Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

 

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Müəllif: Ayna.az      6 Mart 2021 01:38
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin