Əsas səhifə Haqqımızda Xəbər lenti

“Strateq.az” saytı fəaliyyətini dayandırıb

“Strateq.az” saytı fəaliyyətini dayandırıb

Elxan Şükürlü: “Martın 10-dan etibarən sayt yenilənməyəcək”

 

“Strateq.az” saytı fəaliyyətini dayandırıb. AYNA-nın xəbərinə görə, bu barədə saytın rəhbəri Elxan Şükürlü məlumat verib.

 

E.Şükürlü bildirib ki, 6 ildir - 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla çıxış edən, təsisçisi və baş redaktoru olduğu "Strateq.az" saytının fəaliyyətinin qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəlib.

 

“Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam. Bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işlədik. 7 nəfərlə 70 nəfər kimi göründük!

Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə "siyasi killer"lik etməyən, "reklam dilənçiliyi" ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var”, - deyə Şükürlü bildirib.

 

Baş redaktor 6 ildə “Strateq.az”ı daim izləyən sadiq oxuculara da təşəkkür etməyi unutmayıb.

Müəllif: Ayna.az      5 Mart 2021 13:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin