Əsas səhifə Haqqımızda Xəbər lenti

Belarus Litvadan Tixanovskayanın ekstradisiyasını tələb edib

Belarus Litvadan Tixanovskayanın ekstradisiyasını tələb edib

Rəsmi Vilnüs isə müxalif fəaliyyətlərinə görə təqib olunan insanları əsla təhvil verməyəcəklərini bildirib

 

Belarusun Baş Prokurorluğu Litvaya müxalifət lideri Svetlana Tixanovskayanın ekstradisiyası üçün rəsmi müraciət göndərib. Bu barədə AYNA TASS-a istinadən xəbər verir.

 

Baş Prokurorluq bildirib ki, siyasətçi Belarusun hökumət qaydalarına əməl etmədiyi, ictimai təhlükəsizliyə və dövlətə qarşı cinayətlər törətdiyinə görə rəsmi Vilnüsdən onun ekstradisiyasını istəməyə məcbur olublar.

 

Qeyd edək ki, ötən il dekabrın 21-də Belarus Baş Prokurorluğu Tixanovskaya və digər müxalifətçilərə qarşı ekstremist qrup yaratdıqları ittihamı ilə cinayət işi açıb. Bundan əvvəl isə Belarus müxalifətinin Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı məhkəmə prosesi başladılıb. Prezidentliyə keçmiş namizəd olan Tixanovskaya bütün ittihamları rədd edir.

 

Martın 2-də Litva səlahiyyətliləri siyasətçini rəsmi Minskə təhvil verməkdən imtina ediblər və müxalif fəaliyyətlərinə görə vətənlərində təqib olunan insanları əsla təhvil verməyəcəklərini bildiriblər.

 

Xatırladaq ki, yarım ildən çoxdur, Belarusda Prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə etiraz aksiyaları keçirilir. 9 avqust 2020-ci ilin seçkilərinin nəticələri ilə razılaşmayan müxaliflər Belarus hüquq-mühafizə orqanları tərəfindən sərt şəkildə cəzalandırılırlar. Bugünədək on minlərlə insan saxlanılıb. Onların bir çoxu təcridxanalarda işgəncə və döyülməyə məruz qaldıqlarını bildirirlər. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmada dörd müxalif ölüb.

Müəllif: Ayna.az      5 Mart 2021 13:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin