Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədəki helikopter qəzasının səbəbləri açıqlanıb

Türkiyədəki helikopter qəzasının səbəbləri açıqlanıb

Hulusi Akar: “Helikopter hava şəraitinin anidən pisləşməsi səbəbindən qəzaya uğrayıb”

 

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması qəfil pisləşən hava şərtləri səbəbindən baş verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

Nazirin sözlərinə görə, ilkin məlumatlar və şahid ifadələri göstərir ki, helikopter hava şəraitinin anidən pisləşməsi səbəbindən qəzaya uğrayıb.

 

“Araşdırma başlayıb, qəzanın dəqiq səbəbi ətraflı araşdırılandan sonra müəyyənləşdiriləcək”, - Akar əlavə edib.

 

Müəllif: Ayna.az      5 Mart 2021 12:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin