Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə qayıdıb

Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə qayıdıb

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də təmin edilib

 

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, qazilərimiz  - Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı mərkəzi” fəaliyyət göstərir.

Müəllif: Ayna.az      5 Mart 2021 11:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin