Əsas səhifə Haqqımızda Xəbər lenti

Şagirdlərin qiymətləndirilməsinə başlanılıb

Şagirdlərin qiymətləndirilməsinə başlanılıb

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub

 

III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək.

 

Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

 

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir.

 

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Müəllif: Ayna.az      5 Mart 2021 10:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin