Əsas səhifə Haqqımızda Xəbər lenti

NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu söyləyib

 

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilat rəhbəri Tatvanda 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı Türkiyənin xarici siyasət idarəsinin rəhbərinə başsağlığını çatdırıb. Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu söyləyib.

 

Qeyd edək ki, hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

 

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Müəllif: Ayna.az      4 Mart 2021 22:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin