Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda yeni zavod istifadəyə veriləcək

Bakıda yeni zavod istifadəyə veriləcək

Hazırda zavodda son tamamlama işləri aparılır

 

Qaradağda gips əsaslı məmulatlar zavodunun təşkili işləri başa çatır. İqtisadiyyat Nazirliyindən AYNA-ya verilən məlumata görə, əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır.

 

Qeyd edilib ki, əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır: “Belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır. İldə 8 milyon kvadrat metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib”.

 

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az      4 Mart 2021 15:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin