Əsas səhifə Haqqımızda Xəbər lenti

“Malların gecikməsinə görə karqo şirkətləri günahkardır – RƏSMİ

“Malların gecikməsinə görə karqo şirkətləri günahkardır –       RƏSMİ

Komitə sədri: “Bizim 300 dollar rüsumsuz limiti keçməyən bağlamalarla əlaqədar problemimiz yoxdur”

 

“Əgər siz məhsul sifariş edib, onun bəyannaməsini təqdim etmisinizsə və sizə gömrük orqanlarından sorğu daxil olmayıbsa, deməli cavab aydındır. Malınız bizdə deyil”. AYNA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi brifinqdə deyib.

 

Komitə sədri qeyd edib ki, karqo şirkəti çeşidləmə prosesini həyata keçirə və məhsulu vaxtında təqdim edə bilmir. Onun sözlərinə görə, şirkətlərin dövriyyəsi artıb, çeşidləməni tez edə bilmirlər.

 

“Gömrüyün anbarında problem olsa, sizə bu barədə məlumat veriləcək. Bizim 300 dollar rüsumsuz limiti keçməyən bağlamalarla əlaqədar problemimiz yoxdur. Sadəcə olaraq şirkətlərin xüsusi çeşidləmə avadanlıqları yoxdur və bir anda 1000 bağlamanın qəbul edilməsinə hazır deyillər. Nəzərə almaq lazımdır ki, növbəti dövrlərdə bağlamaların sayı 1 milyonu da keçə bilər. Əgər məhsul vaxtında bəyan olunubsa, həmin gün yüklərin 80 faizi sifarişçiyə təqdim edilir. Gecikmələr varsa, bu gömrüklə yox, şirkətlə bağlıdır”.

Müəllif: Ayna.az      4 Mart 2021 15:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin