Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha bir ölkədə koronavirusun “Braziliya” ştammı aşkarlanıb

Daha bir ölkədə koronavirusun “Braziliya” ştammı aşkarlanıb

Maduro: “Biz yoluxma hallarının qeydə alındığı yerlərdə PCR testlər apararaq miqyası müəyyən etməyə çalışırıq”

 

Venesuelada koronavirusun “Braziliya” ştammına yoluxma halları aşkarlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Nikolas Maduro bildirib.

 

Onun sözlərinə görə, yoluxma halı əvvəlcə La-Quayra ştatında qeydə alınıb. Analiz təsdiq edib ki, söhbət “Braziliya” ştammından gedir. Hökumət xəstənin olduğu əraziləri müəyyən edib və bu ştamma yoluxmanın digər hallarını Karakasda və Miranda ştatında aşkarlayıb. “Biz yoluxma hallarının qeydə alındığı yerlərdə PCR testlər apararaq miqyası müəyyən etməyə çalışırıq”, - dövlət başçısı əlavə edib.

 

Qeyd edək ki, Braziliyada koronavirusun yeni mutasiyasının aşkarlanması haqda ilk dəfə ötən il dekabrın sonlarında məlum olub.

Müəllif: Ayna.az      4 Mart 2021 08:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin