Əsas səhifə Haqqımızda Xəbər lenti

Vəzifəli şəxs Ağdamda minaya düşüb

Vəzifəli şəxs Ağdamda minaya düşüb

Hadisə işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb

 

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb. Hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.

 

Ağdam Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      3 Mart 2021 16:27
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin