Əsas səhifə Haqqımızda Xəbər lenti

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanılıblar

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanılıblar

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb

 

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin  (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, martın 3-ü gecə saat dörd radələrində  polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən yeddi avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə (RPŞ) gətiriliblər.

 

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.

 

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az      3 Mart 2021 14:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin