Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda 82 saylı məktəbdə sabahdan əyani tədris bərpa olunub

Bakıda 82 saylı məktəbdə sabahdan əyani tədris bərpa olunub

Müəyyənləşdirilmiş 14 günlük karantin müddəti başa çatır

 

Martın 4-də Bakıdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

 

Qeyd olunub ki, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır.

 

Qeyd edək ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçilmişdi.

 

Müəllif: Ayna.az      3 Mart 2021 14:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin