SSRİ-nin qəpiyi 6 min dollara satılır

SSRİ-nin qəpiyi 6 min dollara satılır

Bu nümunədən tapmaq çox çətindir

 

Bəzi tarixi əhəmiyyət kəsb edən dəmir pullar dəyərindən dəfələrlə baha satışa çıxarıla bilir. Məsələn, SSRİ-nin nadir qəpiklərindən birini təxminən 6 min dollara satırlar.

 

 

AYNA bizimyol.info-ya istinadən xəbər verir ki, kolleksionerlər 1953-cü ilin 5 qəpiyini Rusiyada 350 min rubl qiymətləndirirlər. Halbuki 66 il əvvəl həmin dəmir pula heç 1 kq çörək də almaq olmurdu.

 

Bəs o 5 qəpiyi qiymətli edən nədir? Mütəxəssislər bildirir ki, bu dəmir pul test sikkələri silsiləsindən olub. İstehsal zamanı daha keyfiyyətli materialdan istifadə edilib. Bu nümunədən tapmaq çox çətindir. Haqqında informasiya da geniş deyil.

Müəllif: Ayna.az      31 Avqust 2019 04:45
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin