Əsas səhifə Haqqımızda Xəbər lenti

Ukraynada koronavirusa yoluxma sayı artıb

Ukraynada koronavirusa yoluxma sayı artıb

Ölkədə son sutka ərzində 7 min 235 nəfər virusa yoluxub

 

Ukraynada son sutka ərzində 7 min 235 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma sayı son günlərin yuxarı göstəricisidir.

 

Virusa ən çox yoluxma İvano-Frankovsk və Jitomir vilayətlərində qeydə alınıb.

 

Ölkədə virusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, son sutkada 185 nəfər COVID-19-un qurbanı olub.

 

Pandemiya dövründə Ukraynada 1 milyon 364 min 705 yoluxma faktı təsdiqlənib. Onlardan 1 milyon 182 min 036 nəfər müalicə olunaraq sağalıb, 26 min 397 nəfər vəfat edib.

 

Müəllif: Ayna.az      3 Mart 2021 13:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin