Əsas səhifə Haqqımızda Xəbər lenti

Metro açılır? - Bütün infrastruktur yoxlanılacaq - RƏSMİ

Metro açılır? - Bütün infrastruktur yoxlanılacaq -     RƏSMİ

Avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək

 

COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, “Bakı Metropoliteni”nin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq. AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin açıqlamasında qeyd edilib.

 

Məlumatda bildirilib ki, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.

 

“Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir. Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq”, - deyə vurğulanıb.

 

Qeyd edilib ki, bu tədbirlər “Bakı Metropoliteni”ndə sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir: “Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metrosunda sərnişindaşıma fəaliyyəti yalnız operativ qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir”.

 

Metronun gündəlik iş rejimi vəziyyətinə gətirilməsini, avadanlıq və sistemlərin yoxlanılması, hazırlıq kimi dəyərləndirilir. Ehtimal edilir ki, gələn həftənin ilk iş günündən etibarən Bakı metrosu fəaliyyətini bərpa edə bilər. Rəsmi açıqlamada isə hələlik bu barədə nəsə deyilməyib. 

Müəllif: Ayna.az      3 Mart 2021 11:58
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin