Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib

Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb 

 

İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaradıb.

 

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya bildirilib ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.

 

6, 88 və 88A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə, 88 nömrəli avtobuslar “Azadlıq prospekti” metro stansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə, 202 nömrəli avtobuslar isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Süleyman Sani Axundov–Şövkət Məmmədova küçələri ilə hərəkət edəcək.

Müəllif: Ayna.az      2 Mart 2021 22:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin