Əsas səhifə Haqqımızda Xəbər lenti

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni     SİYAHISI

İtkin düşmüş hərbçilərin tapılması üzrə işlər davam etdirilir

 

Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

 

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Müəllif: Ayna.az      2 Mart 2021 17:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin