Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azərpoçt”a yeni direktor təyin olunub

“Azərpoçt”a yeni direktor təyin olunub

Bu təyinata qədər quruma Emin Əfəndiyev rəhbərlik edib

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

 

AYNA Oxu.az-a istinadən xəbər verir ki, martın 2-dən etibarən şirkətin baş direktoru vəzifəsinə Əfqan Cəlilov təyin olunub. O bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bu təyinata qədər “Azərpoçt” MMC-yə Emin Əfəndiyev rəhbərlik edib.

 

Xatırladaq ki, Ə.Cəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb, magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

 

2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində çalışıb. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib.

Müəllif: Ayna.az      2 Mart 2021 16:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin